Dinlərarası dialoqun missionerliyin yeni şəkli ola bilməsi və ya digərləri ilə münasibətdə təsirə düşüb İslamiyyətdən uzaqlaşmaların olma ehtimalı mövzusunda Xoca Əfəndi nə fi­kirləşir?

Zahirən İslama qayğı və əndişə ilə irəli sürən bu və buna bənzər mü­hakimələrdə həqiqət ola bilər. Daha əvvəl də qeyd etdiyimiz kimi, ­dialoq fəaliyyətlərinin tərəfdarı olan şəxs və qruplar qəlblərində missionerlik niyyəti daşıya bilərlər. Lakin unutmaq olmaz ki, bu fəaliyyətlər zamanı onlar öz dinləri haqqında danışdıqları kimi, müsəlmanlar da İslamdan danışırlar.

Qarşılıqlı kilsə-məscid-sinaqoq ziyarətlərində, birgə ­konfranslarda, seminar və simpoziumlarda seçilən mövzuya uyğun olaraq İslami fikirlərin ifadə edilməsi İslamın digərlərinə tanıdılmasına xidmət edir. Beləliklə, hadisəyə bir perspektivdən baxıldıqda etirazların doğru olduğu düşünülsə də, digər perspektiv prosesin fərqli tərəfini göstərir. Dinlərarası dialoq nəticə etibarilə dini təbliğ kimi görünsə də, başlanğıcda belə bir məsələdən söhbət gedə bilməz. Bu fəaliyyətlərdə ilahiyyatçı professor Xeyrəddin Karamanın ifadəsi ilə "Mən mən olaraq, sən də sən olaraq heyətdə iştirak edir və fəaliyyətlər nəticəsində mən mən olaraq, sən də sən olaraq qalırsan". Qeyd etməliyik ki, dialoq fəaliyyətləri nəticəsində bir çoxlarının İslam haqqındakı yanlış düşüncələrini düzəltməsi, nə vaxtsa İslamın haqq din olduğunu qəbul etməsi İslam yolunda böyük xidmət sayılır.

Digər tərəfdən, dialoqla qurulan münasibətlərdə müəyyən təsirlər də mövcuddur. Xoca Əfəndi İslamın bu cür təsirlərə qarşı olmadığını israrla vurğulayır və deyir: "... Məsələn, Hz. Osman (r.a.) dövründə bir Bizans şəhəri olan Şama girən müsəlmanların həyat tərzində yeyib-içməkdən saraylarda oturub-durmalara qədər bir çox xüsuslarda birdən-birə böyük dəyişikliklər meydana gəlmişdi. Yəqin ki, bu cür dəyişikliklər İslamın qayda və qanunlara zidd olmadığına görə ogünkü cəmiyyət tərəfindən qəbul edilmişdir. İslam hər kəsi qucaqlayan beynəlmiləl bir dindir, buna görə də gəldiyi yerdə prinsiplərinə zidd olmayan qaydaları (adət-ənənə və s.) olduğu kimi saxlayır, mənimsəyir və özünə qatır". Bu da o deməkdir ki, gələcəkdə mədəniyyətlərin formalaşmasından söz gedərsə, müsəlmanlar da bu fəaliyyətlərlə özünü göstərəcək, "Mən də varam" – deyəcəkdir. Yeni mədəniyyətin inşasında bütün bəşəriyyətin qəbul edəcəyi ümumbəşəri dəyərləri ilə masa başında oturacaqdır. Hal-hazırda mütləq gələcək, bu günlər üçün addımlar atılmaması, müsəlmanların qapalı cəmiyyət kimi içinə qapanması, dünyaya inteqrasiyadan uzaq bir həyat yaşaması qərarların İslamsız verilməsinə şərait hazırlamaq deməkdir. Yaxın keçmişimiz bunun müsəlmanlar üçün nə qədər yanlış və acı nəticələrə səbəb olduğuna bilavasitə şahiddir. Bu istiqamətdə Xoca Əfəndi gələcəyə dair proqnozlarını belə ifadə edir: "...biz gələcəyi mədəniyyətimizin memar və nümayəndələri ilə dopdolu, gözqamaşdırıcı parlaq bir gələcək olaraq görürük. Və inanırıq ki, bəşəriyyətə bir daha qızıl dövr yaşadan elm, sevgi, eşq, şəfqət və mərhəmət mədəniyyətinə tolerantlıq və dialoqun həyatverici nəfəsi ilə tez və ya gec yenidən qovuşacağıq".[1]


[1]. Gülen, Fethullah, a.ç.ə., s.174-175

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.