Fəthullah Gülənin “Qloballaşan dünyada ortaq dəyərləri tapmaq” adlı konfransa göndərdiyi məktub

Fəthullah Gülənin Qloballaşan dünyada ortaq dəyərləri tapmaq adlı konfransa göndərdiyi məktub

Əziz qonaqlar, hörmətli təşkilatçılar, alimlər, mütəfəkkirlər və möhtərəm Seneqal rəsmiləri

Nəzakət göstərib “Qloballaşan dünyada ortaq dəyərləri tapmaq” adlı konfransa göndərdiyiniz dəvəti məmnuniyyətlə aldım. Ancaq üzgünəm ki, səhhətimdəki problemlərə görə tədbirdə iştirak edə bilməyəcəyəm.

Aramızdakı fərqlər insan həyatının dəyişməz həqiqəti və İlahi iradənin kainatdakı gözəl və bərəkətli bir təcəllisidir. Zaman və məsafənin qısalıb bizi bir-birimizə qonşu etdiyi elə bir dövrdə yaşayırıq ki, bəşər tarixi bu qədər yaxın ünsiyyətə şahid olmamışdır. Dolayısilə, bir tərəfdən bir-birimizə yaxınlaşır, bir tərəfdən də siyasi, tarixi və mədəni problemlərin get-gedə artdığını görürük. Zorakılıq, müharibələr, qərəzli münasibətlər, əxlaqi tənəzzül, yanlış təhsil sistemi və sıradan çıxan qonşuluq məfhumu kimi problemlərlə mübarizə apardığımız belə bir şəraitdə konfransın seçdiyi “ortaq dəyərləri tapma” mövzusu qaçılmaz bir həll yolu kimi qarşımızda durur.

Bu konfransın “qlobal səviyyədə bir şüur”un formalaşmasına mühüm töhfələr verəcəyinə ümid edirəm, çünki “Allaha gedən yollar məxluqatın nəfəsi qədər sonsuzdur”. Bu şüurun formalaşması qəzəb hissini, zorakılığa sürükləyən nəfsani arzuları cilovlamaqdan, yəni ilk növbədə öz qəlbimizdən başlayır. Bu, dünyanı “dialoq yurdu”na çevrimə missiyasıdır, hər yanda müşahidə etdiyimiz fəlakət və müsibətlərə baxmayaraq ümidi itirmədən ömür boyu sürən bir mübarizədir. Bu şüur əsl insani dəyərlərə yiyələnmək üçün ilk növbədə özümüz, sonra da bu missiyanı öhdəsinə götürməkdən çəkinənlərə bəhanə qoymamaq üçün başqalrı qarşısında daışıdığımız bir məsuliyyətdir.

Konfransı təşkil edən “Ebru” jurnalına, ATSA vəqfinə və Çik Ando Dayop (Cheikh Anda Diop) Universitetinə bu müştərək işinə görə təşəkkür edirəm. Xüsusilə, “Ebru” jurnalının yeni çıxdıqları bu yolda sülh və dialoqun səsi-sədası, ağıl və qəlblərin də ilham mənbəyi olmasını diləyirəm. Bu konfransa ev sahibliyi edən Seneqal hökumətinə, Seneqal Təhsil Nazirliyinə və qardaş Seneqal xalqına okeanlar və millətlər arasında dostluq körpüləri quran Yavuz Səlim məktəblərindən və ATSA vəqfinin təhsil və dialoq könüllülərindən əsirgəmədikləri səmimi qonaqpərvərliyə görə səmimi qəlbdən təşəkkür edirəm.

Hörmətlə

Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.