Əbədi Camal Axirəti İstər

Bir bahar mövsümündə quşların çəh-çəhini və suların şırıltısını dinləyək. Bütün bitki və ağaçların zümrüd kimi yamyaşıl gözəlliyini, günəşin doğması və batmasını, buludsuz gecələrdə ayı seyr edək. Kainatda cilvələnən bütün gözəllikləri xəyalımızda canlandıraq.

Bütün bunlar və bunlar kimi həzz aldığımız bütün mənzərələr Cənabi-Haqqın camalının bir cilvəsidir. O, bir-birinin adrınca açılan bu mənzərələrlə bizə öz gözəlliyini göstərir. Biz də bəzən Onun bu cilvələrindəki gözəlliyi seyr edərək özümüzü də unuduruq. O, özünü tanıtdırmaq istəyir, biz də Onu tanımağa çalışırıq.

İşdir, əgər biz bu gözəllikləri seyr edərkən birdən pərdəni örtsə və bizi yoxluq zülmətinə qərq etsə, neməti cəzaya, məhəbbəti müsibətə, ağlımız isə bizə əzab verən bir şeyə çevrilər. Halbuki, belə bir Camal bu cür çirkinlikdən uzaq və müqəddəsdir.

Əslində, neməti nemət edən və ağılı hər seydən ləzzət alma səviyyəsinə gətirən bu nemətlərin davam etməsidir. Buna görə də Allah, bizə öz əbədi və ölməz Camalını daimi olaraq göstərəcəyi ayri bir yurd açacaqdır, bizi o diyarda həşr və nəşr edəcək, bizə sonsuz nemətlərini, Camal və Kamalını orada göstərəcəkdir.

Bir də axı Onun güzəllikləri əbədidir! Elə isə əbədi gözəlliklərin davam edəcəyi bir aləmin də əbədi olması lazım gəlir ki, bu dünyadan gəlib keçən gözəlliklər orada əbədi olaraq davam etsin. Bəli... bu dünyada cilvələrinin gözəlliyi ilə bihuş olduğumuz kimi, bir gün Onun Camal və gözəlliyini seyr edərkən də bihuş olacağıq.

“Üzlər var ki o gün işıl-işıl parlayar. Rəbbinə baxar.” (“Qiyamə”, 75/22, 23) 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.