Xocaəfəndi - Bir İslam alimi kimi

Fəthullah Gülən

Tarix boyu öz düşüncələri ilə insanlara istiqamət verən, onlara yol göstərən fikir adamları və fəaliyyətləri ilə bəşəriyyət tarixində fərqli cığır açan hərəkat öndərləri olmuşdur. Ancaq düşüncə və fəaliyyətləri qoşa addımlayan insanlar çox azdır. Hələ düşüncələrini fəaliyyətə çevirən və bir model halına gətirən mütəfəkkir rəhbərlər olduqca azdır. Yaşadığımız dövrdə düşüncə və fəaliyyəti ilə bütün insanlığı bağrına basan, bəşəriyyətə qucaq açanlardan biri də Fəthullah Gülən Xocaəfəndidir. Onun haqqında dünyanın müxtəlif ölkələrində, çeşidli sahələrdə təşkil olunan simpozium və seminarlar, magistir və doktorantura tədqiqatları da buna bariz nümunədir. Fəthullah Gülən Xocaəfəndi qələmə aldığı kitab və məqalələrdən, etdiyi söhbətlərdən, keçirdiyi konferanslardan və verdiyi reportajlardan göründüyü kimi olduqca zəngin elm, ürfan və mədəni bir irsin daşıyıcısıdır. Bunların başında Qurani-Kərim və Peyğəmbərimizin hədisləri, həmçinin bu iki əsas qaynaqdan bəhrələnərək ərsəyə gətirilən təfsir, siyər, fiqh, təsəvvüf, kəlam kimi İslami elmlərin özülünü təşkil edən əsərlər gəlir. Bunlarla yanaşı, Xocaəfəndinin ədəbiyyatdan tarixə, sosiologiyadan Şərq-Qərb klassiklərinə, fəlsəfədən düşüncə tarixinə qədər bir çox sahəyə yaxından bələd olduğu bilinir.

Xocaəfəndinin yazılı əsərlərini, söhbətlərini və verdiyi reportajları araşdıranda, onun Mövlana, Sədi, Hafiz, Molla Cami, Firdovsi, Ənvəri kimi şərq mütəfəkkirlərindən tutmuş Şekspir, Balzak, Volter, Russo, Kant, Zola, Höte, Qamus, Sarter və ilaxır qərbin əhəmiyyətli şəxsiyyətlərinə, onlardan Bertrand Rassel, Puşkin və Tolstoy da daxil olmaqla digər tanınmış yazıçı və mütəfəkkirlərin əsərlərinə bələd olduğunu görürük. Bundan başqa Bakonun məntiq anlayışından Rasselin nəzəri məntiq fəlsəfəsinə qədər müxtəlif mənbələrə istinad etdiyinin, Pasqal, Hegel, Dante kimi qərbin fəlsəfə və mədəni həyatının təməl daşları sayılan əsərlərini tədqiq etdiyinin şahidi oluruq. Eyni zamanda Türk ədəbiyyatından Füzuli, Baqi, Nəfi, Şeyx Qalib, Leyla Xanım və s. kimi klassik ədəbiyyatımızın böyük nümayəndələri ilə yanaşı, Namiq Kamal, Şinasi, Tövfiq Fikrət, Mehmet Akif Ərsoy, Yahya Kamal, Nəcib Fazil, Nurəddin Topçu, Cəmil Meric, Səzayi Qaraqoç kimi yazıçı və şairlərin əsərlərini dərindən təhlil edərək oxuduğunu məlum olur.

Bu girişdən sonra Xocaəfəndinin İslam elmləri sahəsində oxuduğu və oxutduğu kitablar, əsərlər haqqında aparılmış elmi araşdırmalara hərtərəfli nəzər yetirmək istəyirik. Ərzurumda böyüyüb boya başa çatan Xocaəfəndi fiqh elminə dərindən bələd olan Osman Bektaş xoca başda olmaqla, müxtəlif İslam müdərrislərindən mədrəsə üsulu ilə dərs almışdır.

Ərəb qrammatikası ilə əlaqədar “Əmsilə”, “Bina”, “Məqsud”, “İzzi” və “Mərah”, “Əvamil”, “İzhar”, “Qafiyə” və Molla Cameni oxumuş, bunlardan “Əvamil” və “Qafiyə”ni əzbərləmişdir. Bəlağət elmindən “Təlhis”, “Müxtəsərül-məani” və “Məcməül-mütun”də yer alan mənzum bir bəlağət kitabını oxumuş, “Təlhis”in mətnini əzbərləmişdir. Fiqh elmindən “Mültəkal-əbxur”u, üsuli-fiqhdən “Miratül-üsul”u, kəlam elmindən Uşinin “Bədiul-əmalin”i, Əliyyül-Qarinin şərhini və Qazı Beyzavinin “Təvaliül-ənvar” adlı əsərini oxumuş, Əmalinin mətnini isə əzbərləmişdir. Təfsir kitablarından Cəlaleyn və Qazı Beyzavinin “Ənvərüt-tənzil” əsərini, Məntiq elmləri ilə əlaqlədar olaraq “Müğnit-tüllab” və İmam Busirinin “Qəsideyi-bürdə” əsərini Harputi şərhi ilə oxuyub.

Xocaəfəndi yuxarıda adı keçən kitabları Ərzurumda çox ağır şəraitdə mədrəsə üsulu ilə öyrəndikdən sonra vəzifəsi ilə əlaqədar təyin olduğu yerlərdə yanına gələn tələbələrinə tədris etmişdir. Həyatını təhsilə həsr edən və fürsət düşdükcə mütaliə edən, tələbələrini də mütaliəyə təşviq edən Xocaəfəndinin gələcəkdə haqqında aparılacaq elmi tədqiqatlara yol göstərmək üçün oxuduğu qaynaqları, müəllif və kitabların adları ilə birlikdə qeyd etmək istəyirik:

Təfsir: Cəlaləddin əl-Məhəlli və Cəlaləddin əs-Süyutinin “Təfsiri-Cəlaleyn”, Qazı Beyzavinin “Ənvarüt-tənzil” və “Əsrarüt-təvil”, İbni Kəsirin “Təfsirül-Quranil-əzim” (Məhəmməd Əli əs-Səbuni tərəfindən ixtisar edilən), Seyyid Qutubun “Fi zilalil-Quran” (Xocaəfəndi bu əsəri tələbələrinə tədris edərkən Qutubun təfsirindəki əhli-sünnə yoluna uyğun gəlməyən bəzi görüşlərinə qatılmadığını yeri gəldikcə vurğulamışdır), Məhəmməd Əli əs Səbuninin “Rivaül-bsəyan təfsiri-ayətül-ehkam”, Bədiüzzaman Səid Nursinin “İşarətül-Ecaz fi Məzənnil-icaz”, İmam Maturidinin “Təvilatül-Quran”, İbni Bazişin “əl-İkna fil-qiraətis-səb”, Zərqaninin “Mənahilül-ürfan” təfsirləri.

Möhtərəm Xocaəfəndi hazırda “Almalılı təfsiri”ni yuxarıda sadaladığımız təfsirlərlə müqayisəli şəkildə və analitik baxışla tələbələri ilə birgə mütaliə edir. Zəməxşərinin “Əl-Kəşşaf”, Fəxrəddin Razinin “Məfatihül-qeyb”, Beyzavinin “Ənvarüt-tənzil” və “Əsrarüt-təvil”, Əbu Həyyanın “əl-Bəhrül-mühit”, Əbus-Suudun “İrşadu-əqli-səlim”, İbni Kəsirin “Təfsirül-Quranil-əzim”, Təntavani Cövhərinin “əl-Cəvahir”, Mehmet Vəhbi Əfəndinin “Müxtəsərül-bəyan”, Seyyid Qutubun “Fi zilalil-Quran”, Molla Xəlil Əsardinin “Təbsiratül-qülub”, Bədiüzzaman Səid Nursinin “Risaleyi-Nur” külliyyatı, Əliyyul-Qarenin “Ənvarül-Quran” və “Əsrarül-fürqan”, Molla Bədrəddin Sancarın “Əbdəül-bəyan”, Zəğlül ən-Nəccarın “Təfsirül-ayeyül-kövniyyə”, Diyanət İşləri Başqanlığının “Quran yolu - Türkcə məal və təfsir” əsərləri.

Hədis: İmam Buxarinin “Səhih” hədislər toplusu. Xocaəfəndi tələbələrinə bu əsərin mətnini müxtəlif vaxtlarda dəfələrlə oxudub. Bundan başqa aşağıda adı keçən şərhlərlə birgə uxudub. Bədrəddin əl-Ayninin “Ümdətül-qari fi şərhi səhihil-Buxari”, İbni Hacər əl-Asqalaninin “Fəthül-bari fi şərhi-səhihil-Buxari”, Müslüm b. Həccacın “Müsnədüs-səhih”, Əbu Davud əs-Sicistaninin “Sünnən” (Xocaəfəndi bu hədis kitabını müxtəlif vaxtlarda Səharənfürinin “Bəzlül-məchud fi həlli-Əbu Davud” və Mahmud Məhəmməd Xəttab əs-Sübkinin “Mənhəlül əzbil-məvrud şərhu-sünnəni-Davud” şərhləri ilə birlikdə oxudub). Tirmizinin “Sünnən” (Xocaəfəndi bu kitabı Mübarəkfürinin (1934) “Töhfətül-əhvəzi” şərhi ilə birlikdə oxudub). Tələbələrinə dərs müddətində həmən şərhi Təhavəninin “İlayüs-Sünən” adlı əsəri ilə müqaisə etdirib.

Malik bin Ənəsin “əl-Muvatta”, Nəsainin “Sünnən”, M.Əli Nasifin “ət-Tacul-Cami”, Mürtəza əz-Zəbidinin “Ukudu Cəvahiril-Münifə”, Əli əl-Müttəqinin “Kənzül-ummal”, Nəvəvinin “Riyazus-Salehin”, Qazı İyazın “əş-Şəfa”, Məhəmməd Fuad Əbdulbaqinin “əl-Lülüü vəl-mərcan” Əhməd Məhəmməd Şakirin “əl-Baisül-həsis” şərhləri.

Fiqh: Mədəniyyətimizdə fiqh və üsuli-fiqhin böyük yerə malik olduğunu deyən Xocaəfəndinin Fiqh və Üsuli-Fiqhə dair oxutduğu əsərlər bunlardır: Qüdurinin “Müxtəsər”, Mövsilinin “əl-İxtiyar”, Mərginaninin “əl-Hidayə” (Fəthul-Qadir şərhi ilə birlikdə), İbn Əbdinizadənin “əl-Hədiyyətül-aliyyə”, İbrahim b. Məhəmməd əl-Hələbinin “Mültəqal-Əbxur”, Vehbə Züheylinin “əl-Fiqhül-İslami və ədillətühü”, Əsəd Məhəmməd Səid Sağarçının “əl-Fiqhul-hənəfi və ədillətühü” əsərləri.

Xocaəfəndi hələ də Əli əl-Qarenin “Fəthu Babil-inayə bi şərhin-Nüqayə” adlı dörd məzhəbin görüşlərini dəlillərlə araşdıran kitabını aşağıda adı keçən fiqh kitabları ilə müqaisəli şəkildə oxudur:

Sadruş-Şərianın “əl-Viqayə”, Mərginaninin “Hidayə”, Burhəddin Mazənin “əl-Mühitül-Burhani”, Şeyxzadənin “Məcmaül-ənhur”, İbni Abidin “Haşiyətü-rəddil-muxtar”, İbni Əbdinizadənin “Hədiyyətül-aliyə”, Vehbə Zühaylinin “əl-Fiqhül-İslami və ədillətühü”, Əsad Məhəmməd Səid Sağarcinin “əl-Fiqhül-Hənəfi və Ədillətühü”, “Diyanət İslam elmihalı və hədislərlə İslam” (Hökümlərlə bağlı olan hədisləri əsas alaraq) .

Fiqh üsuluna dair oxutduğu kitablar isə bunlardır: Mollan Hüsrəvin “Miratül-üsul”, Əbdülkərim Zeydanın “əl-Vəciz”, İbrahim əş-Şatibinin “əl-Müvəqqət”, Seyyid Bəyin “Mədhal”ı.

Təsəvvüf: İmam Qüşeyrinin “Ər-Risalətül-Quşeyriyyə fi ülumit-təsəvvüf”, İmam Rəbbaninin “Məktubat”, Haris əl Mühasibinin “Ər Riayə lihuquqillah”, İmam Qəzzalinin “Ehyayi-ülumidi-din” (Zəbidinin “İthafu sadətil-Müttəqin” şərhi ilə birlikdə), Əbdürrəhman Caminin (Molla Cami) “Nəfahatül-üns”, Əbdülhakim Ərvasinin “Ər Riyazüt-təsəvvufiyyə”.

Ərəb dili: Əmsilə, Bina, Məqsud, İzzi, İmam Birgivinin “Əvamil”, “İzharül-əsrar fin-nəhv”, İbnül Həcibin “Əl-Qafiyə”, Əbdürrəhman Camenin (Molla Cümə) “əl-Fəvaidüz-ziyaiyyə”, Əli Carim və Mustafa Əminin “Ən-Nahvul-vadih, Bahəddin Abdullah b. Aqilin “Şərhu ibni Aqil”, Mustafa Qəlayinin “Camiüd-dürusil-ərəbiyyə”, Mehmed Zihni Əfəndinin “Əl Müntəxabvəl-müqtədab fi-qavaiidiss-sərf vən-nəhv”, Təkəllüm (3 cild).

Bundan başqa Xocaəfəndinin ərəbcə danışıq üçün “Təkəllüm” adlı praktiki kitabı var. Tələbələrinə Ərəb dili və bəlağəti ilə əlaqəli: Xatib əl Qəzvininin “Təlhisül-Miftah”, Əhməd əl Haşiminin “Cəvahirül-bəlağə fil məani vəl-bəyan vəl-bədi”, Əli Carimin və Mustafa Əminin “Əl Bəlağətül Vadiha” kitablarını oxudur.

Kəlam: Sədrəddin ət Təftazaninin “Şərhi əqaidin nəsəfiyyə”, Mehmet Vehbi Əfəndinin “Əl- əqaidül-xeyriyyə”, Bədiüzzaman Səid Nursinin “Risaleyi-Nur Külliyatı”, Həsən Şafeinin “Əl-Mədxal ilə dirasati-elmil-kəlam”. Xocaəfəndi sadalanan kitablarla birlikdə, Həsən əl Bənnanın “Ər-Rəsail”, Zahid əl Kövsərinin “Mülaqət”, Həzrət Əlinin “Nəhcül-bəlağə”, Harputinin “Qəsideyi-bürrə” şərhi adlı əsərlərini dərs halqasında iştirak edən tələbələri ilə mütaliyə və müzakirə edib.

Buraya qədər Fəthullah Gülən Xocaəfəndinin İslam elmləri sahəsində oxutduğu kitabları bizə məlum olan qədər diqqətinizə çatdırdıq. Gözdən qaçan bəzi kitablar ola bilər. Bundan başqa Xocaəfəndinin bu günə qədər Türk dilində 70-ə yaxın əsəri çapdan çıxıb. Sonuncu dəfə maraqlananda bu əsərlərdən bir qismi başda Ərəb, İngilis, Fransız, İspan, Rus, Fars dilləri olmaqla dünyanın 43 dilinə tərcümə edildiyini öyrəndim. Tələbatın artması ilə əlaqədər kitabların tərcüməsi artaraq davam edir. Dünyanın bir çox ölkəsində Xocaəfəndinin düşüncə və fəaliyyətini araşdıran simpoziyumlar təşkil olunub və olunmaqdadır. Avstraliya, İndoneziya və Belçikanın nüfuzlu universitetlərində Xocaəfəndinin fikir və hərəkat modeli ətrafında akademik kafedralar qurulub. Bundan başqa ABŞ-ın Hyuston Universitetinin nəzdində Fəthullah Gülən inistitutu fəaliyyət göstərir. İslam dünyasında Xocaəfəndinin düşüncə və hərəkatı ilə bağlı qələmə alınmış bir çox əsəri nümunə kimi göstərmək istəyirəm: Prof. Fərid əl Ənsarinin “Avdətül-fürsan”, Prof. Məhəmməd Babaamminin “Fəthullah Gülən Məşruül-hizmə”, Prof. Süleyman Aşratinin “Əl İnbiasül-hadari fi fikri Fəthullah Gülən”, “Həndəsətül-hadara təcəlliyatul-umran fi fikri Fəthullah Gülən”, Prof. Fuad əl Bənnanın “Abqariyyətül Fəthullah Gülən beynə qavaribil-hikməti və şəvatiil-hizməti”, Prof Məryəm Ayət Əhmədin “Nidaur-ruh rihlətün fi aləmil-fürsan”, Prof. Məhəmməd Cekibin “Əşvaqün-nahda vəl inbias qiraət fi məşruil-ustad Fəthullah Gülən”, Prof. Əbdülhəlim Üveysin “Fəthullah Gülən Raidün-nahdatir-raşidəti fi Türkiyəl-müasıra” əsəri bu silsiləyə daxil olan əsərlərdir.

Bundan başqa Xocaəfəndinin düşüncə və hərəkat modeli ilə bağlı dünyanın bir çox yerində elmi araşdırmalar aparılıb və aparılmaqdadır. Təkcə Ərəb aləmində Möhtərəm Fəthullah Gülənlə əlaqəli otuza yaxın elmi araşdırma mövcuddur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.