Xoca Əfəndiyə Ayrı-seçkilik

Mərkəzi Brüssel olan nüfuzlu "Beynəlxalq Böhran Qrupu" (ICG) qurumunun yayımladığı "Türkiyə və Avropa: Təyinedici İlə Girərkən" adlı hesabatda Fəthullah Gülən Xoca Əfəndinin Türkiyədə ayrı-seçkiliyə məruz qaldığı ifadə edildi.

Şəriət dövləti qurmaqda ittiham edilən Fəthullah Gülən Xoca Əfəndinin haqqındakı bütün iddialardan 2008-ci ilin iyun ayında bəraət qazandığını da vurğulayan hesabat, Avropa Birliyini (AB) "Yalnız müsəlman olmayanların və Ələvilərin haqlarını qorumaqla; hər kəsin, xüsusilə də, dindar müsəlmanların hüquqlarını müdafiə etməməkdə" təqsirləndirir.