Çiləli yol-1

Bir neçə oxucumuz Fəthullah Gülən Xoca Əfəndi haqqında ortaya atılan bəzi iddialar haqqındakı düşüncələrimi soruşmuşdu.

Əvvəla bunu ifadə edim ki, mən Xoca Əfəndinin nə sözçüsü, nə də vəkiliyəm.

Qaldı ki Xoca Əfəndinin buna ehtiyacı da yoxdur.

Düşüncələrim yalnız mənim şəxsi görüşlərimdir.

Yalnız mənə aid fikirlərdir.

Xoca Əfəndinin sözlərinə, xidmətlərinə, ona dəyər verən, inanan və yanında olanlara böyük hörmət və sevgi duyuram.

Özünə də xüsusi hörmət və sevgi duyuram.

Buna görə də Xoca Əfəndi və sevənləri haqqında edilən insafsız tənqidlərə, çirkin hücumlara, böhtanlara, bununla kifayətlənməyib təhqir edənlərə, günahlandıranlara seyirçi qala bilmirəm.

* * *

Cahil insana sözüm yoxdur.

Amma əlimdə deyil, "inadçı cahil" ilə "təkəbbürlü qafilə" çox əsəbləşirəm.

Ən çox da "mən oldum, mən gördüm, mən bilirəm" deyənlərə...

Qəzəblənirəm, mənə zərər verdikləri üçün deyil, yalnız sağlam fikirli insanların başlarını qarışdırdıqları üçün.

Necə də gözəl deyiblər: "qafilə kəlam, nafilə (əbəs) kəlamdır" deyə…

Qafillərə nə isə izah etmək mənim nə işim, nə də dərdimdir.

Sağlam fikirli, lakin müəyyən səbəblərə görə başı qarışmış insanlaradır sözüm.

Xahiş edirəm, başqalarının dedikləri ilə hərəkət etməyi, kimlərinsə ağılı ilə düşünməyi, başqalarının cümlələri ilə danışmağı artıq bir kənara qoyaq.

Edilən xidmətlərə və bu xidmətlərin nəticələrinə baxaq.

Çaxnaşma nəzəriyyələri ilə Hollivudu belə keçən fantastik ssenarilər ilə beyinlərimizin qarışmasına icazə verməyək.

Xahiş edirəm, lütfən sərbəst düşünüb qərar vermə səlahiyyəti verək beyinlərimizə…

* * *

Bax mənim dərdim budur; Fəthullah Xoca Əfəndi haqqındakı iddialar və günahlandırmalar üçün düşüncələrimi tək-tək sıralaya bilər və yaza bilərəm.

Bundan qaçmıram da.

Əksinə səhifələrlə yaza bilərəm.

Lakin sizlər də, bizlər də, mən də bilirik ki, bu iddialar, bu günahlandırmalar, bu böhtanlar, bu ssenarilər əsla bitməyəcək.

Çünki böhran və xaosun memarları, vəzifəsi "böhtan atmaq" olanlar, yeni ssenarilər yazmağa, yeni bəhanələr axtarışına hər zaman davam edəcəklər.

Çünki bu dinin, bu millətin irəliləməsinə mane olmaq istəyənlər heç vaxt boş durmadı, heç vaxt da boş durmayacaqlar.

Elə isə, sizlər bir insanı, bəzilərinin ağızından və ya qələmindən öyrənmək əvəzinə, mümkün olduğu qədər özünüz araşdırın, gerçəkləri şəxsən o adamın öz dilindən, öz qələmindən öyrənməyə çalışın.

* * *

Dövrümüzdə məlumat əldə etmək, fərqli şərhləri oxumaq, məsələlərə fərqli prizmadan baxmaq elə asandır ki...

Gedin Xoca Əfəndinin hər hansı bir əsərini alın oxuyun.

Buna imkan və zamanınız yoxsa, internet yolu ilə bir çox qaynaq əlinizin altındadır.

Verəcəyim ünvanlara lütfən müraciət edin.

Heç kəsin (biz daxil) təsirində qalmadan, ağlınıza qıfıl vurmadan, vurulmasına icazə vermədən oxuyun.

Və sonra qiymətləndirin.

Mən qərəzli yanaşmadım Fəthullah Gülənə...

Başqalarının yazdıqları ilə qiymətləndirmədim onu.

Çünki mənim öz gözlərim var.

Öz ağılım var.

Başqasının ağılına ehtiyacım yoxdur.

Mən şəxsən bu əsərləri yaza bilən bir insanın, səmimiyyətinə, xidmətlərinə, Allah sevgisinə, Türkiyə sevgisinə, insan sevgisinə inandım, güvəndim.

Bu səmimiyyət olmadan, bu sevgi olmadan, bu inanc olmadan bu əsərlər yazıla bilməz, bu vəzlər verilə bilməz.

Amma ömüründə bir əsərini belə oxumayan, bir vəzini belə dinləyib anlamayanlar bəzilərinin yazılarını, düşüncələrini, böhtanlarını "köçürtməklə-yapıştırmalarla" nəşr edib millətin başını qarışdırır.

Bütün bu həngamələr yalnız bundan ibarətdir.

Xoca Əfəndi haqqında yüzlərlə iddia baş alıb gedir.

Çox maraqlıdır ki, şərhin başında xüsusi təlimli CIA agenti olmaqla günahlandırdıqları Xoca Əfəndini, yazının ortasında mason, sonunda isə xilafət dövləti qurmaq istəyən və özünü peyğəmbər elan etmiş bir divanə olaraq göstərirlər.

Bu qədər əsassız və bir-birinə uymayan bu iddialar əhəmiyyətli olmasa belə bəzilərinin başını qarışdırır.

* * *

Hörmətli oxucu, qaçma!

Əgər öyrənmək istəyirsinizsə, aşağıda verdiyim saytları səmimiyyətlə araşdırıb sonra qiymətləndirin.

Sizə bir neçə sayt və iddiaların cavablandırıldığı yüzlərlə yazı…

Xoca Əfəndinin görüntülü və səs yazmalırını öz ağızından izləyin, dinləyin…

Xidməti (hizmet), xidmət ərlərini, xidmətin nə anlama gəldiyini, xidmətin məqsədini öz mənbəyindən "təhrif edilməmiş" şəkli ilə öyrənin.

İslam dinini və insanı, İslam dini və ictimai həyatı, insanı, varlığı, dialoqun mənasını, məqsədini, hədəflərini yenə də öz mənbəyindən təhrif olunmamış şəkli ilə öyrənin.

Və sonra qərar verin.

Atılan bəzi böhtanlara cavablar…

1994-cü ildən 2008-ci ilə qadər yazılmış bütün köşə yazıları …

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.