Hyustonda 21 fevral "Gülən İnstitutu Günü" elan edildi

Hyuston Bələdiyyəsi 21 fevralı "Gülən İnstitutu Günü" elan etdi. Hyuston bələdiyyə başçısı Bil Vayt Gülən İnstitutuna məktub göndərərək institutun Hyustonlulara göstərdiyi xidmətlərə görə təşəkkür etdi. Vayt bundan sonra 21 fevral tarixinin Gülən İnstitutu Günü olaraq qeyd ediləcəyini bildirdi. Texas Konqres üzvləri Ted Po və Con Qalberson da Gülən İnstitutuna məktub göndərərək xidmətlərinə görə təşəkkürlərini bildirdilər.

Hyuston Universiteti nəzdində 4 oktyabr 2007-ci il tarixində qurulan Gülən İnstitutu Fəthullah Gülənin fikirlərinə əsaslanaraq müxtəlif dinlər, millətlər və şəxslərlə birgə ictimai mövzulara yeni baxış tərzi qazandırmaq istiqamətində səy göstərir. Müxtəlif inanc, mədəniyyət, dil və millətlərdən üzvləri olan institutda mövzular son dərəcədə azad şəkildə seçilir və müzakirə edilir.

Gülən İnstitutu Lançen Forum ictimai sülhü, dialoqu möhkəmləndirmək, mədəniyyəti inkişaf etdirmək və müxtəlif toplumların bir-birini tanıyıb anlamasına zəmin hazırlamaq üçün çalışır. Forumda başda dövlət xadimləri olmaqla media nümayəndələri, mütəfəkkirlər, elm xadimləri, diplomatlar, din xadimləri və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak edir. İnstitutun Hyurstonda təşkil etdiyi proqramlara bələdiyyə sədri Vayt başda olmaqla elm və din xadimləri böyük maraq göstərirlər.

Fəthullah Gülən Xoca Əfəndi instituta göndərdiyi məktubda elm və təhsil, insanlıq üçün çalışan institut və təşkilat üzvlərinə ayrı-ayrı təşəkkür etdi. İnstututa öz adının verilməsinin böyük alicənablıq olduğunu bildirən Gülən, görülən işlərdən müvəffəqiyyət əldə edilməsini dilədi. Gülən: "Ümid edirəm ki, cəmiyyətlərin ortaq dəyərlərini kəşf etmək, dünyanı daha da gözəlləşdirmək və sülh əldə etmək üçün toplanan insanların fədakar təşəbbüsləri müvəffəqiyyət qazanar, baxış tərziniz yayılar və bizi mədəniyyətlərin qovuşduğu üfqə aparar," –dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.