Könül Adamı

Aylar qərib, illər qərib,
Allah!-deyən dillər qərib,
Yanağında sellər qərib,
Darılma, könül adamı.

Şirin sözün arı çəkər,
Hər meyil nübarı çəkər,
Təşnə ürək yarı çəkər,
Darılma, könül adamı.

Bir çiçəksən qar içində,
Ömrün ahu-zar içində,
Qulsan-ixtiyar içində,
Darılma, könül adamı.

Heç görmədim gülən səni,
Polad etdi çilən səni,
Yaxşı bilir bilən səni,
Darılma könül adamı.

Fikrin “Ya bir!”dən keçər,
Zikrin “Səbir”dən keçər,
Şükrün “Qəbir”dən keçər
Darılma, könül adamı.
Darılma, könül adamı!

2002

Rahib Alpanlı, Quba Özəl Türk Liseyinin İngilis dili müəllimi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.