Londonda Gülən konfransı

"Dəyişən İslam dünyası: Fəthullah Gülən hərəkatının təsiri" mövzudakı konfransda iştirak etmək üçün Londondayam. Burada Türklərlə yanaşı İngilis ziyalıları da bir-birindən maraqlı təbliğlər təqdim edirlər. Deyirəm kaş ki, Türkiyədə irticadan qorxanlar, Gülən fobisinə sahib olanlar burda olsaydılar, London palatasındakı çıxışları eşidib, ziyalıların təbliğlərini dinləsəydilər.

Gülən hərəkatı ABŞ ın quruluşunda rolu olan qatı Protestant Püriten hərəkatı ilə müqaisə edilir. Avropadakı dini təzyiqlərdən qurtulmaq üçün yeni bir qitəyə qaçan dindarlar. "Protestant əxlaq"la yanaşı, ticarət və zənginləşməyə də önəm verdilər. Dünyəvi həyata qarşı çıxmadılar, amma qazandıqlarını xeyriyyə işlərinə sərf etməklə "Cənnətlərini də satın aldılar".

Toplam 750 səhifəlik təbliğlərini qısa bir məqaləyə sığdırmaq qeyri-mümkündür. Müşahidələrimi sadəcə bir neçə cümlə ilə çatdırmağa çalışacağam: Gülən camaatının mənsubları özlərini heç vaxt bir təriqətin üzvü kimi təqdim etmir və heç vaxt belə mülahizəyə girmirlər. Onlar "Xidmət"in insanlarıdır. Daha tolerantlı, gaha əxlaqlı, daha dindar bir mühitin təməllərini atmaq üçün "dərə təpə düz gedən", amma "bir arpa boyu" yerinə böyük məsafələr qət edən, bir addım onlara doğru gələnlərə on addım yaxınlaşan müasir dünyanın Alpərənləridir onlar.

Yuxarıda qeyd etdiyim cümlələri şəxsi görüşlərim olaraq söyləmirəm. Sadəcə konfransın ümumi ab-havasını və müşahidələrimi çatdırıram. Hətta İngiltərə terrorla mübarizə etmək üçün Gülənin düşüncə dünyasından nə cür faydalana biləcəklərini müzakirə edirlər.   

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.